19 iyun 2024 at 19:55
Jurnalist kodu: 5561
Xəbər kodu: 85514361
T T
0 Persons

İran milli voleybol komandasının ABŞ üzərində qələbəsi

19 iyun 2024 at 19:55
Xəbər kodu: 85514361
İran milli voleybol komandasının ABŞ üzərində qələbəsi

Tehran - İRNA - İranın milli voleybol komandası Millətlər Voleybol Liqasının üçüncü həftəsindəki ilk oyununda Amerika komandasına qalib gəlib.

Millətlər Liqası 2024-ün ilkin mərhələsinin üçüncü həftəsi iyunun 18-də Sloveniyanın Lyublyana (beşinci qrup) və Filippinin Manila (altıncı qrup) şəhərlərində başlayıb və iyunun 23-nə kimi 6 gün ərzində 32 qarşılaşma ilə davam etdiriləcək.

Bu gün (19 iyun, çərşənbə) İranın milli voleybol komandası bu həftəki ilk oyununda Amerika ilə qarşılaşdı və 3:2 hesabı ilə qalib gəldi, beləliklə, ilk qələbəni qazanaraq dörd xal əldə etdi.

Peyman Əkbərinin yetirmələri bu görüşün birinci və dördüncü setlərində eyni hesabla 28-26 hesabı ilə məğlub olublar. Lakin ikinci, üçüncü və beşinci setlərdə ABŞ voleybol komandasını müvafiq olaraq 25:23, 25:18 və 15:13 xalla məğlub etməyi bacardılar və yankilərə qarşı bu yarışmada ilk qələbələrini əldə etdilər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .