21 iyun 2024 at 13:32
Jurnalist kodu: 5564
Xəbər kodu: 85515644
T T
0 Persons

Ermənistan da müstəqil Fələstin dövlətini tanıyıb

21 iyun 2024 at 13:32
Xəbər kodu: 85515644
Ermənistan da müstəqil Fələstin dövlətini tanıyıb

Tehran - İRNA - Üç Avropa ölkəsi olan İspaniya, Sloveniya və İrlandiyadan sonra Ermənistan hökuməti də iyulun 21-dən etibarən müstəqil Fələstin dövlətini tanıyacağını açıqlayıb.

Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib: Qəzzadakı fəlakətli humanitar vəziyyət beynəlxalq siyasi gündəmin əsas məsələlərindən biridir və onun həllinə ehtiyac var.

Bəyanatda əlavə olunur: Ermənistan Respublikası mülki infrastrukturun hədəfə alınmasını və mülki şəxslərə qarşı zorakılığı qətiyyətlə pisləyir.

Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan Respublikası Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Qəzzada dərhal atəşkəs tələb edən qətnamələrinə qoşulub.

Bu bəyanatın sonunda deyilir: Yuxarıdakılara əsaslanaraq və beynəlxalq qanunlara, millətlərin bərabərliyinə, suverenliyə və dinc yanaşı yaşamaya sadiqliyini təsdiq edən Ermənistan Respublikası Fələstin dövlətini tanıyır.

Bundan əvvəl üç Avropa ölkəsi, İspaniya, Sloveniya və İrlandiya Fələstin dövlətini tanıyıb.

Sizin rəyiniz

You are replying to: .