22 iyun 2024 at 13:59
Jurnalist kodu: 5564
Xəbər kodu: 85516596
T T
0 Persons

İran zorxana üzrə dünya çempionatının qalibi olub

22 iyun 2024 at 13:59
Xəbər kodu: 85516596
İran zorxana üzrə dünya çempionatının qalibi olub

İsfahan - İRNA - Ölkəmizin yığma komandası I Beynəlxalq Zorxana İdman Çempionatının komanda qismində çempion olub.

İRNA-nın məlumatına görə, Tacikistan, Hindistan, Suriya, Litva, Şri-Lanka, İraq, Belarus, Livan, Əfqanıstan, Tanzaniya, Fələstin, Azərbaycan, İndoneziya, Polşa, Pakistan, Burundi Özbəkistan, Nepal, Estoniya, Ruanda və Keniya kimi ölkələrdən 130 idmançının iştirakı ilə zorxana idman yarışlarının birinci turu 2 gün (20-21 iyul) davam etdi.

İran millisi 257 xalla və böyük fərqlə çempion olub, Azərbaycan Respublikası 185 xalla ikinci, İraq 170 xalla üçüncü, Tacikistan isə 150 xalla İraqla bir pillədə dayanıb.

Bu yarışların yekun mərasimində İsfahan şəhərinin Qələbə zalında İran Zorxana İdmanları və Pəhləvan Güləşi Federasiyasının prezidenti Mehr Əli Barançeşmə, Ümumdünya Zorxana İdmanları və Pəhləvan Güləşi Federasiyasının vitse-prezidenti Cek Dald, “Mobarakeh Steel” şirkətinin meneceri Məhəmməd Yasir Təyyibniya, İsfahan İdman və Gənclər idarəsinin baş direktoru Məhəmməd Rza Sakit, pəhləvan güləşi üzrə yeddiqat çempion Cabir Sadiqzadə və bu idman növünün veteranlarından ibarət bir qrup iştirak ediblər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .