23 iyun 2024 at 10:52
Jurnalist kodu: 5564
Xəbər kodu: 85517426
T T
0 Persons
Tel-Əvivdə Netanyahuya qarşı sionistlərin nümayişi zorakılığa çevrildi;  Üç nəfər həbs olundu + VİDEO

Tehran - İRNA - Bazar günü səhər xəbər mənbələri bildiriblər ki, Tel-Əvivdə keçirilən kütləvi etiraz mitinqindən sonra İsrail polisi baş nazir Benyamin Netanyahunun istefasını tələb edən bir neçə etirazçıya hücum edib və onları həbs edib.

İRNA-nın Fələstin Səma xəbər agentliyinin verdiyi məlumata görə, Tel-Əvivdə nümayişçilər sionist rejimin HƏMAS ilə əsirlərin azad edilməsində razılıq əldə etməməsinə etiraz olaraq bu şəhərin bir sıra küçələrini bağlayıblar.

Bu xəbərə görə, israilli nümayişçilər Tel-Əvivdə Likud Partiyasının ofisinin qarşısında alov yandıraraq Netanyahunun kabinetinin devrilməsini və Qəzzada müqavimətlə dərhal əsirlərin dəyişdirilməsini tələb ediblər.

Sionistlərin Ordu Radiosu həmçinin bildirib ki, polis Likud Partiyası qərargahı qarşısında 3 etirazçını həbs edib.

Sizin rəyiniz

You are replying to: .