23 iyun 2024 at 16:27
Jurnalist kodu: 5564
Xəbər kodu: 85517968
T T
0 Persons
Tehran Asiya Dialoq Forumunda 41 diplomatik nümayəndə heyətinə evsahibliyi edir

Tehran - İRNA - Xarici İşlər naziri vəzifəsinin içraçısı Asiya Dialoq Forumunun (ACD) Tehranda keçirilən iclasında 41 diplomatik nümayəndə heyətini qəbul etdiyini açıqlayıb.

İran İslam Respublikasının Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni sosial şəbəkədəki şəxsi səhifəsində yazıb: “Biz sabah Tehranda Asiya Dialoq Forumunun (ACD) nazirlər toplantısına evsahibliyi etməkdən və bu toplantıya sədrlik etməkdən qürur duyuruq.”

O əlavə edib: “Bu iclasda nazirlərdən və beynəlxalq təşkilatların nümayəndələrindən ibarət 41 nümayəndə heyəti iştirak edəcək.”

Bu tədbir Asiya ölkələri arasında əməkdaşlığı gücləndirmək üçün platforma yaradır və Asiyanın çoxtərəflilik və inklüzivlik istəyini göstərir” - deyə, Əli Baqiri qeyd edib.

Asiya Dialoq Forumuna (ACD) üzv ölkələrin xarici işlər nazirlərinin iclasına sədrlik 2023-cü ilin sentyabr ayından İran İslam Respublikası tərəfindən həyata keçirilir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin evsahibliyi etdiyi bu iclasda 30-dan çox ölkə nazir, müavin və ya xarici işlər nazirlərinin müvafiq müavinləri və üzv ölkələrin xüsusi nümayəndələri səviyyəsində iştirak edəcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .