25 iyun 2024 at 17:01
Jurnalist kodu: 5561
Xəbər kodu: 85519823
T T
0 Persons
HƏMAS İsmayıl Həniyyənin bacısının şəhid olmasına münasibət bildirib

Tehran - İRNA - HƏMAS bəyanat yayaraq bu hərəkatın Siyasi Ofisinin rəhbərinin bacısının şəhid olmasına reaksiya verib, ərəb və müsəlman xalqları, dünyanın azad insanlarını sionist rejimin təcavüzlərini dayandırmaq məqsədi ilə müxtəlif səviyyələrdə bu rejimə təzyiqləri artırmağa çağırıb.

HƏMAS-ın bəyanatında vurğulanır: “Faşist düşmənin Qəzzədə xalqımıza qarşı törətdiyi qırğınlar, o cümlədən Əl-Şati düşərgəsində Həniyyə ailəsinin evinin bombalanması və İsmayıl Həniyyənin bacısı da daxil olmaqla 10 mülki şəxsin şəhid olması; həmçinin Əl-Dərc bölgəsində Əbdül Fəttah Hammud məktəbinin bombalanması nəticəsində Əl-Cərv ailəsinin 8 üzvünün şəhid olması; Əl-Məğazi düşərgəsində Nəsr ailəsinin evinin bombalanması; UNRWA-ya bağlı Əsma məktəbinin bombalanması və onlarla insanın, o cümlədən qadın və uşaqların şəhid olması faşist sionist kabinetinin bütün beynəlxalq qanunları və insani dəyərləri pozduğunu göstərir.”

Bəyanatın davamında bildirilir: “Qəzzədə Fələstin xalqına qarşı soyqırım müharibəsinin davam etdirilməsinə görə məsuliyyət ABŞ prezidenti Co Bayden hökumətinin üzərinə düşür, çünki bu hökumət işğalçılara siyasi və hərbi dəstək, Qəzzə zolağında dağıntı və soyqırım üçün lazımi vaxt verir.”

HƏMAS çağırış edərək bildirib: “Biz ərəb və müsəlman xalqları, dünyanın azad insanlarını təcavüzü dayandırmaq məqsədilə təzyiq göstərmək üçün bütün səviyyələrdə hərəkətlərini artırmağa çağırırıq.”

Bəyanatın bir hissəsində qeyd olunur: “Beynəlxalq ictimaiyyəti və BMT-ni günahsız mülki insanların müdafiə etmək, işğalçı və terrorçu rejimlərin rəhbərlərinin cəzalandırmaq üçün təcili tədbirlər görməyə çağırırıq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .