Netanyahunun hazırkı siyasətinə dəfələrlə etirazını bildirən Olmert əlavə edib: Netanyahu müharibəni uzatmağa çalışır və İsraili məhv etmək istəyir.
O, bazar günü də etiraf edib ki, bu rejim “Əl-Əqsa tufanı” əməliyyatından əvvəl həmişə Fələstin müqavimətinin gücünü lazımınca dəyərləndirməyib.
Olmert Fələstin müqavimətinin Əl-Əqsa tufanı əməliyyatında sionist rejimə qarşı qələbəsinə toxunaraq deyib: Biz Fələstin məsələsinin idarə olunmasından əmin idik və düşünürdük ki, bu məsələnin həllinə ehtiyac yoxdur.
O, işğal olunmuş ərazilərin şimalında yaşayan yüz minlərlə sionistin didərgin düşməsinə toxunaraq əlavə edib: İsraillilər artıq Netanyahunun kabinetinə etimad göstərmirlər və bu kabinetin davamlı mövcudluğu köçkünlərin geri qayıtması üçün zəmin yaratmayacaq.
Sizin rəyiniz