26 iyun 2024 at 15:23
Jurnalist kodu: 5564
Xəbər kodu: 85520832
T T
0 Persons
Çin növbəti dəfə sionist rejimdən Qəzzəyə hücumlarını dayandırmağı tələb edib

Tehran - İRNA - Çinin BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasının iclasında sionist rejimdən Qəzzəyə hücumlarına son qoymağı tələb edib.

Dünən Fu Kunq BMT Təhlükəsizlik Şurasının Fələstin məsələsi ilə bağlı iclasında deyib: “Pekin bütün tərəflərdən istəyir ki, təmkinli davransınlar və Yaxın Şərqdə böyük fəlakətin qarşısını almaq üçün gərginliyi artıra biləcək hər hansı hərəkətdən çəkinsinlər.”

“Çin İsraildən istəyir ki, beynəlxalq ictimaiyyətin Qəzzədə hərbi əməliyyatları dərhal dayandırmaq və bu zolağın əhalisinin kollektiv şəkildə cəzalandırılmasına son qoymaq tələblərinə diqqət yetirsin” - deyə, Çin təmsilçisi vurğulayıb.

İRNA-nın məlumatına görə, Çin rəsmiləri bundan əvvəl də sionist rejimdən Qəzzə zolağına hücumların dayandırılmasını tələb etmişdi. Pekin həmçinin paytaxtı Qüds olan 1967-ci il sərhədləri əsasında müstəqil Fələstin dövlətinin yaradılmasını və ölkənin BMT-yə erkən üzvlüyünü dəstəkləyir.

Sizin rəyiniz

You are replying to: .