Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii bildirib: “Sionist düşmənin Fələstin xalqına qarşı zülmünə və Qəzzə zolağında fələstinliləri qətliam etməsinə cavab olaraq, Yəmən Silahlı Qüvvələri İraqın İslami müqaviməti ilə birgə əməliyyatda, Uca Allahın köməyi ilə, çoxlu sayda pilotsuz təyyarələrlə Hayfa limanında İsrailə məxsus gəmini (MSC Manzanillo) hədəf aldılar.”
Y. Sərii vurğulayıb: “Yəmən Silahlı Qüvvələri Uca Allahın köməyi ilə, Qəzzə zolağında Fələstin xalqına qarşı təcavüz və mühasirə bitənə qədər İraqın İslami müqaviməti ilə birgə hərbi əməliyyatlarını davam etdirəcək.”
Yəmən Silahlı Qüvvələri bundan əvvəl də İraqın İslami müqaviməti ilə sionist rejimin hədəflərinə qarşı bir neçə müştərək əməliyyat keçirib.
Yəmən və İraq müqaviməti Hayfada sionist rejim gəmisinə qarşı birgə əməliyyat keçirdi
26 iyun 2024 at 22:29
Xəbər kodu:
85521203
Tehran - İRNA - Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi bu gün (çərşənbə) İraqın İslami müqaviməti ilə birgə hərbi əməliyyat və Hayfa limanında sionist rejim gəmisinin hədəfə alınmasını açıqlayıb.
Sizin rəyiniz