Məhəmməd Müxbir çərşənbə günü axşam saatlarında Rusiya prezidenti Vladimir Putinin telefon zənginə cavab verərək Rusiyadan İrana qaz nəqli ilə bağlı birgə memorandumun imzalanmasını iki ölkə arasında münasibətlərin dərinləşməsi yolunda böyük addım və regionun iqtisadi inkişafı istiqamətində səmərəli tədbir kimi qiymətləndirib. O, bu planın həyata keçirilməsi ilə təkcə iki ölkənin deyil, həm də bütün regionun maraqlarının təmin olunacağını ifadə edərək, Rusiya prezidentinin bu sazişin bağlanmasında göstərdiyi səyləri yüksək qiymətləndirib.
O, daha sonra iki ölkə arasında razılaşmaların həyata keçirilməsinin gedişatından məmnunluğunu ifadə edərək, qarşılıqlı strateji əlaqələri dəyişməz adlandırıb və Tehran-Moskva danışıqlarının və regional məsələlərə dair müştərək fikirlərin əhəmiyyətini vurğulayaraq, iki ölkənin regionun sabitləşməsi istiqamətində səylərinin arzu olunan nəticələr əldə ediləcəyinə ümid etdiyini bildirib
Müxbir həmçinin Dağıstanda baş vermiş son terror hadisəsini pisləyib və Rusiya hökuməti və xalqına və bu cinayətin qurbanlarının ailələrinə başsağlığı verib.
Sizin rəyiniz