29 iyun 2024 at 15:01
Jurnalist kodu: 5564
Xəbər kodu: 85524186
T T
0 Persons
Seyid Həsən Nəsrullah: İran İslam Respublikası müqavimət hərəkatının dayağıdır

Məşhəd - İRNA - Livan Hizbullahının baş katibi deyib: Bu gün məzlum xalqlar və bütün sahələrdə müqavimət hərəkatları Allahdan sonra İran İslam Respublikası və onun cəsur və müdrik lideri Ayətullah Xameneiyə arxalanırlar.

Müqəddəs İmam Rza (ə) hərəmində “Beynəlxalq Müqavimət və Hərəm Müdafiəçiləri Şəhidləri Konqresində” Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın nümayəndəsi Seyid Abdullah Səfiyəddin tərəfindən oxunan mesajında deyilir: Haqları böyük şeytan (ABŞ), sionistlər və onların ardıcılları tərəfindən pozulmuş bu bölgədəki biz məzlum xalqların bu gün böyük bir ilahi fürsəti var ki, müqəddəs, xalqla birgə, fədakar sistemi olan İran İslam Respublikası və onun böyük, cəsur müdrik və güclü rəhbəri Ayətullah Xameneidir ki, təkəbbürlü və qəsbkarlarla mübarizədə ümmətin, onun müqəddəsləri və ləyaqətinin müdafiəsinin bayraqdarıdır.

Bu bəyanatda deyilir: Bu gün məzlum millətlər və bütün meydanlardakı müqavimət hərəkatları Allahdan sonra nəinki dostunu, qardaşını tərk etməyən, hətta onunla bazarlıq etməyən, xəyanət etməyən, heç vaxt kömək etməkdən çəkinməyən, əksinə böyük komandan Şəhid Süleymani və Şəhid Zahidi, Hicazi, Həmədani, Musəvi, İrlu, Hacı Rəhimi və bir çox başqa komandanları bu yolda canlarını fəda edən bu güclü dəstəkçiyə arxalanırlar.

Livan Hizbullahının baş katibi bu mesajında bildirib: Bütün bu nailiyyətlər bizi böyük bir zəfər yoluna çıxardı ki, bu, Fələstinin sionist işğalından azad edilməsi və bütün regionun Amerikanın hökmranlığından azad edilməsidir. Bu son qələbə və cihadın və yorulmaz səylərin davamı daha çox vaxt, Allahın möminlərə qələbə vədinə inam və insanların imkanlarına güvənməyi tələb edir.

O, vurğuladı: Biz şəhidlər və onların nailiyyətləri ilə fəxr edirik və öz əzizlərinin Allahın izni ilə şəhid olması ilə fəxr edən şəhid ailələri ilə fəxr edirik. Bu cihad və mənəvi davranış bir çox insanlar üçün güclü motivasiya və döyüş meydanlarında olanların hamısı üçün ilham mənbəyi olmuşdur.

Bu gün, şənbə günü Ali Rəhbər Ayətullah Xameneinin ofisinin rəhbəri və ölkənin bəzi yüksək rütbəli hərbçilərinin iştirakı ilə “Beynəlxalq Müqavimət və Hərəm Müdafiəçiləri Şəhidləri Konqresi” Məşhəd şəhərində, Müqəddəs İmam Rza (ə) hərəminin “Dar əl-Mərhəmə” salonunda keçirilib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .