30 iyun 2024 at 17:45
Jurnalist kodu: 5564
Xəbər kodu: 85525302
T T
0 Persons
Wall Street Journal: İranın güclənməsi Qərbin uğursuzluğuna işarədir - Tehrana qarşı sanksiyalar uğursuzluğa düçar olub

Tehran - İRNA - The Wall Street Journal qəzeti öz hesabatında etiraf edib: İranda prezident seçkilərinin qalibi Tehranın beynəlxalq arenada görünməmiş nüfuzunu miras alacaq.

Bu Amerika qəzeti 2024-cü il prezident seçkiləri münasibətilə dərc etdiyi təhlilində yazıb: İran (Ayətullah Seyid) Əli Xameneinin rəhbərliyi altında onilliklər ərzində Amerikanın təzyiqlərini neytrallaşdırdı, Çin və Rusiya ilə birləşərək illər boyunca davam edən təcriddən çıxdı və Qərblə yoldaşlıqdan imtina etdi. Çinə neft satışı və Rusiya ilə hərbi əməkdaşlıq İranı maliyyə və diplomatik baxımdan gücləndirib.

Tehran həmçinin rəsmi Vaşinqtonun Yaxın Şərqdəki bir neçə onillik müddətindəki səhvlərindən və müxtəlif Amerika hökumətlərinin regiona münasibətdə siyasətlərindəki dalğalanmalardan səmərəli şəkildə istifadə edə bilib.

Bu hesabatın davamında “Tehran 1979-cu ildə İslam Respublikasının qurulmasından bu yana Amerikanın Yaxın Şərqdəki müttəfiqləri və maraqları üçün hər zaman olduğundan daha çox təhdid hesab olunur” iddiası ilə əlavə olunur: Aprel ayında İran ilk dəfə olaraq öz ərazisindən İsrailə birbaşa hərbi hücuma keçib.

İran seçkilərinin ikinci turunda və ya noyabr ayında ABŞ-da keçiriləcək seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, İranın bölgədəki hərbi mövcudluğunun nəticələri mühüm məsələlər olaraq qalacaq.

Amerikalı mühafizəkarlara yaxın olan bu qəzet davam etdi: İranın artan gücü Qərbin uğursuzluğuna işarədir. Qərbin sanksiyaları artıq Tehranın beynəlxalq təcridinə təsir göstərməyib və analitiklərin fikrincə, bu ölkə Rusiya və Çinlə münasibətlərini dərinləşdirməklə buna cavab verib və nəticədə Tehranla diplomatiya öncəkindən daha da mürəkkəbləşib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .