3 iyul 2024 at 11:42
Jurnalist kodu: 5564
Xəbər kodu: 85527880
T T
0 Persons
Fələstin tərəfdarlarına qarşı insan haqlarını pozduqlarına görə bəzi amerikalı şəxslər sanksiyaya məruz qalıb

Tehran - İRNA - Ölkəmizin Xarici İşlər Nazirliyi bəyanatında bəzi amerikalı şəxsləri Fələstin tərəfdarlarına qarşı insan haqlarını pozduqlarına görə sanksiyalara məruz qoyub.

İran İslam Respublikası Xarici İşlər Nazirliyi Fələstin tərəfdarı tələbə etiraz hərəkatının yatırılması yolu ilə insan haqlarının kobud şəkildə pozulmasında əli olan bəzi amerikalı şəxslərə qarşı sanksiyaların tətbiqi ilə bağlı bəyanat yayıb. 

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi “Amerika Birləşmiş Ştatlarının regionda insan haqlarının pozulması və avantürist və terror aktları ilə mübarizə” qanununun icrası istiqamətində və xüsusilə yuxarıda qeyd olunanların 5-ci maddəsinə əsaslanaraq - adı çəkilən qanunda, sionist rejimin Qəzzada törətdiyi cinayətlərə qarşı məzlum Fələstin xalqına dəstək məqsədilə ABŞ-da universitet tələbələri və professorlarının dinc etirazları repressiya yolu ilə yatırdarkən insan haqlarını pozduğuna görə aşağıdakı Amerika rəsmiləri sanksiyaya məruz qalıb: 

1. William (Billy) Hitchens, Corciya İctimai Təhlükəsizlik Departamentinin direktoru; 

2. Eddi Greer, Corciya Ştat Sahə Əməliyyatları Komandanı; 

3. Linda J. Stump Cornick, Florida Universitetinin polis rəisi;  

4. Pamela Smith, Vaşinqton polis rəisi; 

5. Jeffrey Carroll, Vaşinqton polis rəisinin icraçı köməkçisi; 

6. Carl Jacobsen, New Haven polis rəisi; 

7. Shane Streepy, Texas Universitetinin polis rəisinin köməkçisi; 

8. Michael Cox, Boston polis rəisi; 

9. Scott Dunning, İndiana Universitetinin Mərkəzi Polis Departamentinin rəisi; 

10. Michael Thompson, Arizona Universitetinin polis rəisi; 

11. John Brocki, Kaliforniyanın Long Beach Universitetinin polis rəisi; 

Adıçəkilən qanunun altıncı hissəsinin 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən, adıçəkilən şəxslərə viza verilməsinə qadağa qoyulması və İran İslam Respublikasının ərazisinə daxil olmalarının mümkünsüzlüyü, maliyyə və bank sistemində bank hesablarının bloklanması və İran İslam Respublikasının yurisdiksiyasında olan ərazidə əmlak və aktivlərin müsadirə edilməsi nəzərdə tutulur.

0 Persons

Sizin rəyiniz

You are replying to: .