10 iyul 2024 at 12:01
Jurnalist kodu: 5564
Xəbər kodu: 85535342
T T
0 Persons

“Meta” şirkəti “sionist” sözü olan yazıları siləcək

10 iyul 2024 at 12:01
Xəbər kodu: 85535342
“Meta” şirkəti “sionist” sözü olan yazıları siləcək

Tehran - İRNA – “Facebook” və “İnstagram”ın sahibi olan “Meta Platforms” şirkəti sionist rejiminə dəstək məqsədilə “sionist” sözü olan yazıları siləcəyini açıqlayıb.

Meta platforms şirkəti bu andan etibarən “sionist” sözü olan yazıların silinməsinə qərar verdiyini və bu aksiyanın şirkətin siyasəti yönündə “nifrət yaymaq” adlı bənd çərçivəsində həyata keçirildiyini açıqlayıb. 

Şirkət öz fikrini bildirib: “Sionist” sözünün başqa mənası var və yəhudi və israillilərə aiddir. 

Meta platforma şirkəti 2024-cü ilin fevralında elan etdi ki, Facebook və Instagram platformalarında “sionist” sözünün istifadəsi ilə bağlı sərt qayda və qanunları nəzərdən keçirir. Şirkət bildirib ki, “sionist” sözü “nifrət dolu” sözlərdən biri kimi qəbul edilməlidir. Meta həmçinin iddia edib ki, İsrail ordusunun Qəzza zolağına qarşı davam edən müharibəsi zamanı “onlayn antisemitizm” artıb.

Sizin rəyiniz

You are replying to: .