15 iyul 2024 at 14:10
Jurnalist kodu: 5564
Xəbər kodu: 85539860
T T
0 Persons
Azərbaycan Respublikasının İrandakı səfirliyinin fəaliyyəti bərpa edilib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyan edib ki, İran tərəfi akkreditasiya ölkəsi kimi, “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi habelə məlumat verib: Hal-hazırda, İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək.

Azərbaycan Respublikasının yeni səfirliyi Tehran şəhəri, Dərrus məntəqəsi, Şəhrizad prospekti, Yarməhəmmədi küçəsi, Saqi dalanı və Firuzkuh küçəsinin kəsişməsi, ev 8 ünvanında yerləşir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vurğulamışdır ki, Azərbaycan Respublikasının səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Bakı-Tehran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .