17 iyul 2024 at 21:24
Jurnalist kodu: 5561
Xəbər kodu: 85541676
T T
0 Persons
Kənani sionist rejimin Qəzzədə Qahirə mədrəsəsinə hücumunu pisləyib

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi sionist rejimin Qəzzə şəhərində Qahirə mədrəsəsinin həyətini hədəf alması hərəkətini pisləyərək bildirib: “Sionist rejim daha bir dəhşətli cinayət törətdi və çoxlu sayda günahsız vətəndaşı faciəli şəkildə qətlə yetirdi.”

Nasir Kənani 17 iyul çərşənbə günü X sosial şəbəkəsində yazıb: “Sionist rejim daha bir dəhşətli cinayət törətdi və çoxlu sayda günahsız vətəndaşı faciəli şəkildə qətlə yetirdi.”

Mətbuat katibi əlavə edib: “Hökumətlərin və beynəlxalq qurumların sionist rejimin bütün qəddarlığı, vəhşiliyi və anti-insani cinayətləri qarşısında susması və hərəkətsizliyi Qəzzə zolağında davam edən soyqırımın davamında praktiki olaraq qaniçən cəlladların əlini açıq qoyub.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .