18 iyul 2024 at 19:28
Jurnalist kodu: 5561
Xəbər kodu: 85542301
T T
0 Persons
Hizbullah sionist rejimin casusluq avadanlıqlarına raket zərbəsi endirdi

Tehran - İRNA - Livan Hizbullahı işğal altındakı Fələstinin şimalında sionist rejim ordusunu və onun casus təchizatını hədəf aldığını açıqlayıb.

Hizbullah yaydığı bəyanatda bildirib ki, Qəzzə zolağında Fələstin xalqına, onların cəsarətli və şərəfli müqavimətinə dəstək olaraq, müqavimət döyüşçüləri sionist rejimin “Əl Mətlə” qəsəbəsindəki casusluq və məlumat toplama mərkəzində quraşdırılmış casusluq avadanlıqlarını idarə olunan raketlə hədəfə alıblar.

Livan Hizbullahının bəyanatına görə, atılan raketlər hədəfi uğurla vuraraq onu məhv edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .