İran İslam Respublikasının Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri Nyu-Yorka səfəri çərçivəsində diplomatik müzakirələrin davamında BMT Baş katibinin humanitar məsələlər üzrə köməkçisi xanım Coys Masoya ilə görüşüb və müzakirə aparıb.
Baqiri bu görüşdə fələstinlilərin soyqırımı və məcburi köçürülməsinin bariz nümunəsi kimi Qəzzədə sionist rejim tərəfindən günahsız insanların qətlə yetirilməsinə işarə edib, beynəlxalq ictimaiyyətin bu cinayətlərə diqqət yetirməsinin və onların davam etməməsi üçün təcili tədbirlər görməsinin vacibliyini vurğulayıb.
Baqiri əlavə edib ki, bu vəziyyətin davam etməsinə dözmək olmaz, sionist rejimin hücumları və Qəzzə əhalisini köçürmək cəhdi dərhal dayandırılmalıdır.
BMT Baş katibinin köməkçisi İranın humanitar məsələlərdə konstruktiv rolunu yüksək qiymətləndirib
18 iyul 2024 at 22:10
Xəbər kodu:
85542358
Nyu York - İRNA - BMT Baş katibinin humanitar məsələlər üzrə köməkçisi xanım Coys Masoya İran İslam Respublikasının Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri ilə görüşündə Tehranın humanitar məsələlərdə konstruktiv roluna toxunaraq, onu yüksək qiymətləndirib və bu sahədə ikitərəfli və çoxtərəfli əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Sizin rəyiniz