İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani virtual məkandakı rəsmi hesabında dərc etdiyi mesajda bildirib: “Sionist rejimin Qəzzəyə vəhşicəsinə hücum etdiyi təxminən on ay ərzində 8600-ə yaxın tələbə və 500-dən çox müəllim şəhid olub.”
O, əlavə edib: “Məktəblərin bağlanması, qaçqınların təhsil binalarında və məktəblərdə yerləşdirilməsi ilə bu yerlər saxta bəhanələrlə müharibə hədəfi olaraq İsrail rejiminin terrorçu ordusunun hücumlarına məruz qalır. Son cinayətdə Qəzzə şəhərinin Əl-Zeytun bölgəsindəki Əl-Fəlah məktəbi bu rejimin bombardmanının hədəfi olub, nəticədə onlarla şəhid və yaralanıb.”
Diplomatik qurumun sözçüsü bildirib: “İsrail aparteid rejiminin cinayətkar başçıları və onların qərbli tərəfdarları bilməlidirlər ki, bu cinayət əməllərinin heç biri səbirli və müqavimətçi Fələstin xalqına qarşı strateji məğlubiyyətlərini kompensasiya edə bilməz.”
“Qalması üçün cinayətə əl atmaqdan başqa heç nəyi olmayan bir rejim, onun son və ən yaxın hədəfi məhvdir” - deyə, Kənani sonda qeyd edib.
İran: Sionist rejim bilməlidir ki, dəlicəsinə hərəkətlər onların strateji məğlubiyyətini kompensasiya edə bilməz
20 iyul 2024 at 17:36
Xəbər kodu:
85543764
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “İsrail aparteid rejiminin cinayətkar başçıları və onların qərbli tərəfdarları bilməlidirlər ki, bu cinayət əməllərinin heç biri səbirli və müqavimətçi Fələstin xalqına qarşı strateji məğlubiyyətlərini kompensasiya edə bilməz.”
Sizin rəyiniz