23 iyul 2024 at 16:04
Jurnalist kodu: 5564
Xəbər kodu: 85546934
T T
0 Persons
Amerikalı yəhudi həkim ifşa etdi: İsrail snayperləri Qəzzədə uşaqların baş və ürəklərini hədəfə alır

Tehran - İRNA - Amerikalı həkim sionist snayperlərin qəsdən dinc əhalinin, o cümlədən fələstinli uşaqların baş və ürəklərini hədəfə alması, onların ölümlərinin təsadüfi və ya səhv üzündən olmadığını ifşa edib.

Qəzzə xəstəxanalarında könüllü kimi çalışmış amerikalı yəhudi həkim Mark Perlmutter CBS televiziyasına müsahibəsində deyib: “İsrail ordusunun snayperləri Qəzzədə uşaqlar da daxil olmaqla, mülki əhalini qəsdən hədəfə alır.”

O, Qəzzədə fələstinli uşaqların qəsdən öldürülməsi barədə deyib: “İsrailin ən yaxşı snayperləri səhv üzündən bir uşağı iki dəfə güllələmirlər!”

Amerikalı cərrah əlavə edib: “Mənim əlimdə iki fələstinli uşağa aid tibbi sənədlər və şəkillər vardır ki, snayperlərin məhz onların ürəklərini hədəfə aldığını göstərir və bu təsadüf ola bilməz.”

Son üç onillikdə dünyanın müharibədən əziyyət çəkən və kritik bölgələrində 40 dəfə çətin tibbi missiyalarda xidmət etdiyini vurğulayan Perlmutter qeyd edib ki, Qəzzədə olduğum ilk həftədə gördüyüm qətliam bu 30 ildə gördüklərimin hamısına bərabərdir.

Qəzzə müharibəsində yaralanan və ölənlərin çoxunun uşaq olduğuna diqqət çəkən yəhudi cərrah deyib: “Mən ömrüm boyu bu qədər yandırılmış və tikə-tikə olmuş uşaq görməmişdim.”

İyulun əvvəlində sionist “972” jurnalı da etiraf edib ki, sionist hərbçilərin Qəzzədə cinayət törətmək üçün sərhədləri yoxdur və qadağan olunmuş əraziyə daxil olan uşaq və ya qadın olmaqla istənilən şəxsi hədəfə ala bilərlər.

Qəzzə Səhiyyə Nazirliyinin bildirdiyinə görə, Qəzzədə 16 minə yaxın fələstinli uşaq şəhid olub, 38 min uşaq da yaralanıb, onların bir çoxu ömürlərinin sonuna qədər əlilliklə yaşamalı olacaqlar.

Sizin rəyiniz

You are replying to: .