ABŞ Dövlət Departamentinin sözçüsü Metyu (Mətt) Millerə çərşənbə günü yerli vaxtla bir müxbir “İran prezidenti nüvə məsələsinə daha açıq yanaşacağını bəyan edib və Amerika hökumət rəsmiləri də İranın nüvə məsələsində diplomatiyaya üstünlük verdiklərini bəyan ediblər; İranın yeni hökuməti ilə yeni əlaqələr qurulubmu?” sualını ünvanlayıb.
ABŞ Dövlət Departamentinin sözçüsü belə cavab verib: “Doğrudur, biz həmişə İranın nüvə problemini həll etmək üçün diplomatiyanın ən yaxşı yolu olduğunu bəyan etmişik, lakin İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcəyimizi də demişik”.
Sizin rəyiniz