25 iyul 2024 at 15:30
Jurnalist kodu: 5564
Xəbər kodu: 85548867
T T
0 Persons
Kənani: Amerika və Avropa liderlərinin ən gülməli şüarı insan haqlarıdır

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü qondarma İsrail rejiminin cinayətkar baş nazirinin 9 aylıq soyqırım və körpə qırğınından sonra tərəfdarlarının qucağında olduğunu bildirib və deyib: Amerika və Avropa liderlərindən, dövlət xadimlərindən eşidilən ən gülməli şüar insan haqları şüarıdır.

Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani kiberməkanda şəxsi səhifəsində yazıb: Qondarma rejimin cinayətkar baş naziri 9 aylıq soyqırım və körpə qırğınından sonra tərəfdarlarının qucağındadır. Beləliklə, Qərb sivilizasiyasının dünyaya məsum və humanitar sima göstərmək üçün bir neçə onilliklər boyu apardığı aldadıcı cəhdlər boşa çıxdı və Amerika siyasətinin sərt və bölücü siması bütün dünyaya nümayiş olundu.

O dedi: İndi Amerika və Avropa liderləri və dövlət xadimlərindən eşidilən ən gülməli şüar insan haqları şüarıdır. Qəzzada fələstinlilərin təbii hüquqları, o cümlədən yaşamaq, təhlükəsizlik, su, qida, dərman və müalicə və s. hüququ dünyanın açıq gözləri qarşısında Qəzza zolağı və İordan çayının qərb sahilində ən dəhşətli şəkildə pozulur. Fələstinli uşaqlar hər gün Təl-Əviv qəssabı tərəfindən qətlə yetirilir və bütün bu cinayətlər qarşısında Amerika hökuməti və Konqresi bu cəlladı əl çalaraq, fit çalaraq qarşılayır.

Xarici İşlər Nazirliyinin sözçüsü vurğuladı: Bu qalmaqal üçün “biabırçılıq” çox kiçik bir sözdür.

0 Persons

Sizin rəyiniz

You are replying to: .