İRNA-nın xarici siyasət üzrə məlumatına əsasən, Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani BMT Baş katibinin Yəmən məsələləri üzrə nümayəndəsi Qrundberqin Yəməndə Səna hava limanından uçuşların bərpası və ölkə daxilində pul və bank problemlərinin həllinə dair əldə olunan razılaşma ilə bağlı bəyanatını müsbət qarşılayıb.
Kənani vurğulayıb: “İran İslam Respublikası iqtisadi təzyiqləri azaldan və Yəmənin hava, dəniz və quru blokadasını aradan qaldıran istənilən razılaşmanı Yəmən xalqının xeyrinə hesab edir, bunun Yəməndə sabitliyə səbəb olacağını düşünür.
Xarici İşlər Nazirliyinin mətbuat katibi həmçinin İran İslam Respublikasının regional böhranların dialoq yolu ilə həllinə dair fundamental siyasətinə toxunub, Yəməndə davamlı sülh sazişinin imzalanmasını ən qısa zamanda görəcəyimizə ümid etdiyini bildirib.
Sizin rəyiniz