25 iyul 2024 at 20:05
Jurnalist kodu: 5561
Xəbər kodu: 85549028
T T
0 Persons
Qəzzəyə hücumların davam etməsi və fələstinlilərin şəhid olması

Tehran - İRNA - İşğalçı rejim ordusu Qəzzə şəhərinin cənubundakı Əl-Zeytun məhəlləsində bir qrup fələstinlini hədəfə alıb, bu hadisədə bir neçə nəfər şəhid olub və yaralanıb.

İRNA-nın cümə axşamı yaydığı xəbərə görə, Rəfahın şimal-qərbindəki Əl-Şəkuş bölgəsində də bir fələstinli sionist rejim əsgərləri tərəfindən güllələnib, həmçinin Xan Yunisin Əl-Təhliyə bölgəsinə hücum zamanı 4 fələstinli şəhid olub və bir neçə nəfər yaralanıb. Xan Yunisin cənubuna hücumda isə 14 nəfər şəhid olub və bir neçə nəfər yaralanıb.

Sionist mənbələr Qəzzədə 1 sionist əsgərin öldüyünü və digər iki həbrçinin yaralandığını xəbər veriblər.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzə üzrə nümayəndəliyi bildirib ki, sionist rejim son 24 saatda fələstinlilərə qarşı 3 qırğın törədib və bu qırğınlarda 30 nəfər şəhid olub və 146 nəfər yaralanıb. Oktyabrın 7-dən bu yana Qəzzədə şəhid olanların sayı 39 175 nəfərə, yaralıların sayı isə 90 403 nəfərə yüksəlib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .