İRNA-nın məlumatına görə, İslam İnqilabının Ali Rəhbərinin 15 mayda “Tehran Vilayətinin Şəhidləri Konqresi”nin işçiləri ilə görüşündəki çıxışı bu gün cümə axşamı - 25 iyul - günortadan sonra İmam Xomeyni (r) hərəmində bu konqresin keçirildiyi yerdə yayımlanıb.
İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei bu görüşdə Müqəddəs Müdafiə dövrünün mücahidlərinin bərəkətlərindən biri kimi ölkə daxilində və hüdudlarından kənarda dirəniş və müqavimət mesajının çatdırılması adlandıraraq deyib: “Bir çox ekspertlər açıq şəkildə bəyan edirlər ki, bu günlərdə dünyada Fələstinin xeyrinə həyata keçirilən hərəkatlar İslam İnqilabının ruhundan qaynaqlanır.”
İslam İnqilabının Ali Rəhbəri əlavə edib: “Bu gün bütün dünyada Fələstinə dəstək üçün şahidi olduğumuz şüarlar və mövqelər İmamın (r) mövqeləri və İran xalqının qəlbindən coşan və dillərə axan şüarlardır.”
Həzrət Ayətullah Xamenei amerikalı universitet tələbə və müəllimlərinin Fələstin xalqına dəstək hərəkatına toxunaraq, bunu İran xalqının hərəkatının bərəkəti və çağdaş tarixdə bənzərsiz bir hadisə olan böyük İmamın isti nəfəsinə nümunə hesab edərək deyib: “Amerikanın universitet adamlarının Fələstinə dəstəyinin genişlənməsi o həddə çatıb ki, Amerika hökuməti özünün bütün iddia və devizlərini pozur, bu ölkənin polisi insanların gözü önündə və kameralar qarşısında tələbələri, müəllimləri təpikləyir, onların qollarını qandallayır.”
“İranda etmək istədikləri iş, indi onların öz başlarına gəlib” - deyə, Ali Məqamlı Rəhbər vurğulayıb.
İslam İnqilabının Ali Rəhbəri həmçinin son illərdə ölkə gənclərinin İŞİD və ya sionist rejimə qarşı meydanlarda iştirak etmək ruhu və motivasiyasının Müqəddəs Müdafiə dövrünün ruhu ilə bağlı olduğunu bəyan edərək deyib: “Ötən illərin hadisə və fitnələrində, o cümlədən Tehranda 88-ci il fitnəsində nə İmamı, nə də Müqəddəs Müdafiə dövrünü görməmiş gənclər o dövrün motivasiyası və ruhu ilə meydana daxil oldular, ölkəyə və xalqa problem yaratmaq istəyən düşmənin planını zərərsizləşdirdilər.”
Həzrət Ayətullah Xamenei Tehran vilayətinin hərbi bölmələrinin və gənclərinin Müqəddəs Müdafiə dövründəki rolunu, xüsusilə də Həzrət Seyyid əş-Şühəda (ə) ordusunun rolunu yüksək qiymətləndirərək əlavə edib: “Tehran gənclərinin rolu eyni ruhla davam edir və 1401-ci il hadisələrində Tehran və Tehran ətrafından olan gənclər öz adlarını əbədiləşdirdilər.”
Ali Məqamlı Rəhbər Müqəddəs Müdafiə ilə bağlı böyük əsərlərin və sənədlərin bədii yazıya alınmasını və izahını vacib və zəruri iş adlandıraraq vurğulayıb: “Təcrübə sübut etmişdir ki, bir həqiqət, qabarıq və aydın olsa da, izah edilməsə və təkrarlanmasa, bədxahlar o hadisənin ziddinə təbliğ edərlər və ya onu təhrif edərək yayarlar.”
Ali Məqamlı Rəhbər: Dünyada Fələstinin xeyrinə olan hərəkatların çoxu İslam İnqilabının ruhundan qaynaqlanır
25 iyul 2024 at 21:27
Xəbər kodu:
85549053
Tehran - İRNA - İslam İnqilabının Ali Rəhbəri deyib: “Bir çox ekspertlər açıq şəkildə bəyan edirlər ki, bu günlərdə dünyada Fələstinin xeyrinə həyata keçirilən hərəkatlar İslam İnqilabının ruhundan qaynaqlanır.”
Sizin rəyiniz