29 iyul 2024 at 12:47
Jurnalist kodu: 5564
Xəbər kodu: 85551892
T T
0 Persons
İran: Təhdidlərə və sanksiyalara baxmayaraq, Venesuelada izdihamlı seçkilər demokratiyanın institutsionallaşmasından xəbər verir

Tehran - İRNA - Xarici işlər nazirliyinin sözçüsü mesajında yazıb: Venesuelada bəzi qəddar təhdid və sanksiyalara baxmayaraq, xalqın iştirakı və müxtəlif ölkələr, qurumlar və təşkilatlardan yüzlərlə beynəlxalq müşahidəçinin nəzarəti ilə keçirilən seçkilər, bu ölkədə demokratik prosesin institutsionallaşdığını göstərir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani virtual məkanda rəsmi hesabında paylaşdığı mesajda Nikolas Maduronu bu seçkinin uğurlu keçirilməsi və qələbəsi münasibətilə təbrik edib. 

Kənani davamında deyib: Venesuelada prezident seçkilərinin uğurla keçirilməsi münasibətilə bu ölkənin xalqını və hökumətini, həmçinin Venesuela xalqının seçilmiş prezidentini təbrik edirik. 

O əlavə edib: Venesuelaya qarşı tətbiq edilən bəzi qəddar və haqsız təhdidlərə və sanksiyalara baxmayaraq keçirilən bu seçkilərdə xalqın geniş iştirakı və müxtəlif ölkələr, qurumlar və təşkilatlardan yüzlərlə beynəlxalq müşahidəçinin nəzarəti ilə keçirilən seçkilər, bu ölkədə demokratik prosesin institutsionallaşdığını göstərir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .