30 iyul 2024 at 15:37
Jurnalist kodu: 5564
Xəbər kodu: 85553322
T T
0 Persons
Məsud Pezeşkiyanın andiçmə mərasimində Azərbaycanın Baş nazirinin iştirakı

Tehran - İRNA - Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov 30 nəfərlik nümayəndə heyəti ilə birlikdə ölkəmizin yeni seçilmiş Prezidenti cənab doktor Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün bu gün, çərşənbə axşamı, 30 iyul günorta saat 12:00-da Tehranın Mehrabad Hava Limanına gəlib.

Bu mərasim saat 16:00-da 70-dən çox xarici nümayəndə heyətinin və beynəlxalq təşkilatların baş katiblərinin iştirakı ilə İslami Şura Məclisinin açıq iclaslarının keçirildiyi yerdə baş tutacaq. 

Xarici İşlər nazirinin müavini Samir Şərifov, Baş nazirin müşaviri Fərman İsmayılov, Baş Nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Zakir Paşayev, Azərbaycan Respublikasının Tehrandakı səfiri Əli Əlizadə, Azərbaycan Respublikası Milli Məclisin üç deputatı və və digər yüksək vəzifəli şəxslər onu bu səfərdə müşayiət edirlər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .