Məsud Pezeşkiyan bu gün çərşənbə axşamı (30 iyul) səhər saatlarında prezidentliyin 14-cü dövrünün inaqurasiya mərasimində iştirak etmək üçün İrana səfər edən HƏMAS-ın Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə ilə görüşdə Fələstinin azadlıq ideyasının təkcə İslam İnqilabından sonra deyil, ondan əvvəl də İran xalqının qayğısı olduğuna diqqət çəkərək deyib: “İran xalqı həmişə sionist rejimin cinayətlərinə və təcavüzkarlığına nifrət edib, məzlum Fələstin xalqının hüquqlarını müdafiə edib, bundan sonra bu dəstəyi daha da qüvvətli və güclü şəkildə davam etdirəcək.”
Prezident sionist rejimin Qəzzədə törətdiyi cinayətlərdəki qəddarlığın dinindən asılı olmayaraq bütün azad insanlarda ikrah doğurduğunu bəyan edərək deyib: “Sionistlərin vəhşi cinayətlərinə qarşı Fələstin xalqı və mücahidlərinin fədakarcasına müqaviməti qürur və iftixar mənbəyi olmuşdur. Əminik ki, bu müqavimət xalqın yekun qələbəsi, Fələstin torpaqlarının azad edilməsi və sionist rejimin məhvi ilə başa çatacaq.”
Bu görüşdə İsmayıl Həniyyə İran xalqının Pezeşkiyana etimadını bir daha təbrik edib, onun təbrik mesajına cavabını və Fələstin xalqının hüquqlarını dəstəkləməkdə tutduğu mövqeləri Fələstin və Qəzzə əhalisi üçün ruhlandırıcı və qürur mənbəyi hesab edərək deyib: “Bu gün Fələstin müqaviməti müstəmləkə sisteminin işğalçılığna qarşı müqavimətin ön cəbhəsidir. Ona görə də düşmən bu cəbhə xəttini sındırmağa çalışır ki, müqaviməti diz çökdürərək bölgəni istədiyi siyasətlə idarə edə bilsin. Məhz burada aydın olur ki, İran İslam Respublikasının strategiyası müqavimətə dəstək və müstəmləkəçilərin və onların regiondakı nümayəndəsi olan sionist rejimin təsiri ilə üzləşməkdə nə qədər əhəmiyyətlidir.”
Sizin rəyiniz