İran Prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimindəki çıxışının ən mühüm məqamları bunlardır:
Dünya regional və qlobal problemləri həll etmək üçün güclü, sülhsevər və izzətli İranın iştirakı ilə bu unikal fürsətdən istifadə etməlidir.
14-cü hökumət İranın ədalətli və davamlı tərəqqi və inkişafını davam etdirməyi, iqtisadi qüdrətini artırmağı və xalqın həyat şəraitini yaxşılaşdırmağı izləyəcək.
İran təhlükəsiz, birliyi olan və sabitlik yaşanan ölkədir. Prezidentin şəhid olmasına səbəb olan dəhşətli hadisədən sonra bölgədə fırtınalı tufanların və təlatümlü burulğanların pik həddində biz tam rəqabətli, sağlam və ümid dolu seçki keçirdik, sülh və empatiya ilə ölkənin davam yolunda yeni bir səhifəni açdıq.
Mən xalqın dəstəyi, Ali Məqamlı Rəhbərin himayəsi ilə və ölkənin bütün sistem qurumları və siyasi cinahları arasında konsensus yaratmaqla, beynəlxalq arenada İranın izzət və maraqlarını və xalqın hüququnu qətiyyətlə qoruyacağam.
İzzət, müdriklik və məqsədəuyğunluq kimi üç prinsip çərçivəsində milli maraqların təmin edilməsi, insanların mənafelərinin qorunması və insanların həyat keyfiyyətinin yüksəldilməsi mənim hökumətimin xarici siyasətin ən mühüm hədəfləri olacaq və buna nail olmaq üçün dünya ilə konstruktiv qarşılıqlı əlaqə hökumətin gündəmində birinci yerdə olacaq.
Bizim perspektivimizdə İran inkişaf etmiş, inqilabi islami kimliyi ilə regionda ilk iqtisadi, elmi və texnoloji mövqeyə malik, beynəlxalq münasibətlərdə konstruktiv və effektiv qarşılıqlı əlaqə ilə İslam dünyasına ilham bəxş edən, dini demokratiyanı, sosial ədaləti, qanuni azadlıqları, insan ləyaqətini və hüquqlarını qorumağı, sosial və məhkəmə təhlükəsizliyindən faydalanmağı vurğulayan bir ölkədir.
Qonşu ölkələr öz dəyərli resurslarını gərginlik və aşınma yarışlarında israf etməməlidirlər
Mənim hökumətim bütün qonşu ölkələrin iqtisadi inkişaf, tərəqqi və gələcək nəsillərin həyatının yaxşılaşdırılması üçün birgə çalışa biləcəyi güclü region istəyir, təhlükəsizliyi region ölkələrinin iştirakı ilə təmin olunacaq bir region.
Bir neçə ekstremist və doqmatistin iki milyarda yaxın azad düşüncəli müsəlmanı yalançı islamofobiya hekayəsi tələsinə salmağa imkan verməyən bölgə. İslam sülh dinidir.
Qəzzədə qadınlar və uşaqlarla vuruşan, onların başına bomba yağdıran bir rejimin başçısının alqışlanmasını dünyada heç kim qəbul etmir.
Görünür, bəzi sivilizasiya iddiaçıları üçün insanların əsas hüquqları dəri rənginə və dininə görə ölçülür.
Biz Sədi nəsli elə bir dünya arzulayırıq ki, hamımız sözdə və əməldə inanaq: Adəm övladı bir bədənin üzvləridir, yaradılışları bir cövhərdəndir, əgər dövran bədənin bir üzvünü ağrıtsa, digər üzvlər də ağrıyar.
Bütün bu cinayətlər qarşısında özünü insan adlandırıb, eyni zamanda susmaq olmaz.
Biz qürurlu Fələstin xalqının işğal, zülm və soyqırım caynağından xilas olduğu və heç bir fələstinli uşağın arzusu ata evinin dağıntıları altında basdırılmadığı bir dünya istəyirik.
Sizin rəyiniz