Məsud Pezeşkiyan bu gün, günortadan sonra parlamentin ictimai zalında və 14-cü prezident andiçmə mərasimində üzərinə götürdüyü vəzifələri yerinə yetirmək yolunda bütün istedad və bacarığından istifadə edəcəyinə dair millət vəkilləri qarşısında and içdikdən sonra etdiyi çıxışında 14-cü hökumətin daxili və xarici siyasət sahəsində baxışlarını və planlarını açıqladı.
O, çıxışında Qəzzədə uşaq qətlə yetirənləri silahlarla təmin edənlərin başqalarına insanlıq və tolerantlıq dərsi öyrədə bilməz olduğunu bəyan edərək dedi: “Qəzzədə qadınlar və uşaqlarla vuruşan, onların başına bombalar yağdıran rejimin başçısının təşviq və dəstəklənməsini dünyada heç kim qəbul etmir.”
Prezidentin çıxışının bu hissəsi müqavimət cəbhəsi nümayəndələri tərəfindən müsbət qarşılandı və onu davamlı olaraq alqışladılar.
Prezidentin Fələstinə dəstək verməsi parlamentdə “Amerikaya ölüm”, “İsrailə ölüm”, “Fələstinə salam olsun” şüarlarının səslənməsinə səbəb oldu.
Sizin rəyiniz