Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Fələstin İslami Müqavimət Hərəkatı-HƏMAS-ın Tehrandakı siyasi ofisinin rəhbəri izzətli mücahid İsmayıl Haniyənin şəhadəti münasibətilə böyük və qürurlu Fələstin xalqına, HƏMAS hərəkatına, bütün Fələstin müqavimət qruplarına, eləcə də bütün müqavimət cərəyanları və Fələstin davasını dəstəkləyən millətlər və ölkələrə mübarək sayıb və başsağlığı verib.
Kənani bu hadisənin miqyası və təfərrüatlarının İran İslam Respublikasının müvafiq qurumları tərəfindən davam edən təhqiqatına toxunaraq dedi: Şübhəsiz ki, ömrünü qəsbkar sionist rejimə qarşı şərəfli mübarizədə və Qüds əş-Şərifin azad edilməsi və məzlum Fələstin xalqının sionistlərin işğal caynağından azad edilməsi yolunda sərf etmiş bu yorulmaz mücahidin pak qanı heç vaxt hədər getməyəcək.
Diplomatik qurumun sözçüsü vurğulayıb: Mücahid qardaş İsmayıl Həniyənin Tehranda şəhadəti İran İslam Respublikası ilə əziz Fələstin və müqavimət arasındakı dərin və qırılmaz bağları gücləndirəcək.
Sizin rəyiniz