31 iyul 2024 at 16:22
Jurnalist kodu: 5564
Xəbər kodu: 85554662
T T
0 Persons
Pezeşkiyan: 14-cü hökumət Azərbaycan Respublikası ilə əlaqələri möhkəmləndirmək əzmindədir

Tehran - İRNA - Prezident deyib: “Coğrafi sərhədlərin mövcudluğu İran və Azərbaycan xalqlarını heç vaxt bir-birindən ayırmayıb və yeni dövrdə biz əlaqələri mümkün qədər möhkəmləndirmək və gücləndirmək əzmindəyik.”

Bu gün (çərşənbə) səhər saatlarında Məsud Pezeşkiyan İranın 14-cü prezidentliyinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovu qəbul edib. Prezident bu görüşdə iki ölkə arasındakı münasibətləri qardaşlıq və iki xalq arasında dərin dini, mədəni və qohumluq bağlarına əsaslanan münasibətlər adlandıraraq deyib: “Coğrafi sərhədlərin mövcudluğu İran və Azərbaycan xalqlarını heç vaxt bir-birindən ayırmayıb və biz yeni dövrdə əlaqələri mümkün qədər möhkəmləndirmək və gücləndirmək əzmindəyik.” 

Dövlət başçısı daha sonra qonşularla qarşılıqlı əlaqələrin inkişafına xüsusi diqqət yetirməyi İran İslam Respublikasının xarici siyasətinin əsas prioritetlərindən biri hesab edib və şəhid Rəisi hökumətində iki ölkə arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün səyləri vurğulayıb. 

Prezident həmçinin iki ölkə arasında yaxşı qarşılıqlı əlaqələri, xüsusilə nəqliyyat-tranzit, kommunikasiya yollarının gücləndirilməsi və Şimal-Cənub Dəhlizinin tamamlanması sahələrində əməkdaşlığı İran və Azərbaycan Respublikası arasında mövcud əlaqələr və mübadilələrin genişləndirilməsində təsirli olduğunu və bunu öz hökumətinin iş prioritetlərindən biri adlandırıb. 

Pezeşkiyan Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin yenidən açılmasından məmnunluq ifadə edib, iki ölkə parlamentlərinin qarşılıqlı əlaqələrin və münasibətlərin inkişafı istiqamətində sinerjini və maneələrin aradan qaldırılmasında səy göstərmələrini vurğulayıb.  

Görüşdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov da Pezeşkiyanın İran xalqının Prezidenti seçilməsi münasibətilə bir daha təbriklərini çatdırıb, iki xalq arasında əlaqələrin tarixi və mədəni keçmişinə işarə edərək deyib: “Azərbaycan Respublikası İran İslam Respublikası ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir və yeni dövrdə iki ölkə arasında münasibətləri ən yüksək səviyyəyə qaldırmağa hazırdır.” 

Azərbaycan Respublikasının Baş naziri görüşün davamında İran və Azərbaycanın birgə infrastruktur və tikinti layihələrini həyata keçirməsini, xarici ticarətin həcmində 15% artımı, həmçinin, son altı ayda iki ölkənin nəqliyyat marşrutlarından tranzit yüklərin 40% artmasını dəqiq və aydın məqsədlərin, eləcə də İran və Azərbaycanın yüksək vəzifəli şəxslərinin şəhid Rəisi hökumətində əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində səy göstərməsi nəticəsi hesab edib, bu əməkdaşlıq yeni dövrdə əvvəlkindən daha çox inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .