31 iyul 2024 at 17:03
Jurnalist kodu: 5561
Xəbər kodu: 85554701
T T
0 Persons
Pezeşkiyan: Sionist rejim öz qorxaq və terror aktının nəticələrini tezliklə görəcək

Tehran - İRNA - Prezident İsmayıl Həniyyənin şəhadətinə münasibət bildirdiyi məktubda yazıb: “İran İslam Respublikası öz ərazi bütövlüyünü, milli suverenliyini, izzət və nüfuzunu qorumaq üçün bütün səyini göstərəcək və sionist rejim öz qorxaq və terror aktının nəticələrini tezliklə görəcək.”

Bu gün, çərşənbə səhər saatlarında İran İslam Respublikasının 14-cü prezidentliyinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edən Fələstin İslami Müqavimət Hərəkatının Siyasi Ofisinin rəhbəri Hacı İsmayıl Həniyyənin terror edilməsi ilə bağlı cinayət əməlinin ardınca İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan mesaj yayaraq, onun bir ömür cihad və mübarizədən sonra şəhid olması münasibətilə İslam ümməti, müqavimət mübarizləri və böyük Fələstin xalqını təbrik edib və onlara başsağlığı verib, İran İslam Respublikasının ərazi bütövlüyü, izzət və nüfuzunun qorunmasını vurğulayıb.

Prezidentin mesajının tam mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim

Qəzzədə aylarla davam edən qətl, cinayət və dağıntılardan sonra dalana dirənmiş, işğalçılıq, terror, irqi ayrı-seçkilik və kütləvi qətllərə əsaslanan tarixi siyasətinin nəticələrindən qurtula bilməyən sionist rejim bu gün səhər saatlarında sevimli qardaş,  Allah yolunun mücahidi, Fələstin İslami Müqavimət Hərəkatı - HƏMAS-ın Siyasi Ofisinin rəhbəri şəhid İsmayıl Həniyyəni Tehranda cinayətkar terror əməliyyatının hədəfinə çevrib və şəhid edib.

Şəhidlik Allah adamları üçün bir hünərdir. Əvvəllər İsrailin terror əməliyyatlarında çoxlu qohum və ailə üzvlərini və rəhbərlik etdiyi müqavimət hərəkatının liderlərini itirən şəhid İsmayıl Həniyyə Fələstin xalqının sionist işğalından azad olunması üçün bir ömürlük mübarizə və mücahidlikdən sonra öz həmişəki arzusuna çatdı və Allahın görüşünə getdi. İsmayıl Həniyyə və şəhid yoldaşlarının şəhadəti münasibəti ilə bütün müqavimət mübarizlərini, böyük Fələstin xalqını və bütün İslam ümmətini təbrik edir və onlara başsağlığı verirəm.

Bu terror aktı sionist rejimin digər cinayətləri kimi beynəlxalq qanun və qaydaları pozmaqdır, bu cinayətkar və işğalçı rejimlə mübarizə aparmaq üçün dünyanın, xüsusən də İslam ölkələrinin birgə fəaliyyət göstərməsinin zəruriliyini göstərir.

Bu cinayət Tehranda və sevimli qardaşımız şəhid İsmayıl Həniyyə İran İslam Respublikası Prezidenti və hökumətinin rəsmi qonağı olarkən və Prezidentin andiçmə mərasimində iştirak etmək üçün İrana səfər etdiyi bir vaxtda törədilib.

İran İslam Respublikası öz ərazi bütövlüyünü, milli suverenliyini, izzət və nüfuzunu qorumaq üçün bütün səyini göstərəcək və sionist rejim öz qorxaq və terror aktının nəticələrini tezliklə görəcək.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .