Xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri İslami Müqavimət Hərəkatının (HƏMAS) lideri İsmayıl Haniyənin sionist rejim tərəfindən şəhadəti ilə bağlı son hadisələri Səudiyyə Ərəbistanının xarici işlər naziri Əmir Feysəl Bin Fərhanla müzakirə edib və məsləhətləşib.
Diplomatik xidmətin rəhbəri Səudiyyə Ərəbistanı nümayəndə heyətinin ölkəmizin yeni prezidentinin andiçmə mərasimində iştirakını yüksək qiymətləndirərək, qondarma sionist rejimin İsmayıl Həniyənin şəhadətində qırmızı xətləri keçərək açıq terror təcavüzü həyata keçirdiyini və İran İslam Respublikasının milli təhlükəsizliyini pozmaqla, regional sabitlik və təhlükəsizlik üçün ciddi risk yaratdığını bildirib.
O, vurğulayıb: İran qondarma sionist rejimə qarşı peşman edici və qəti addım atmaq üçün təbii və qanuni hüququndan istifadə edəcək ki, Qüdsü işğal etmiş rejimin davamlı dəlilikləri əbədi peşmançılıqla nəticələnsin.
Baqiri əlavə edib: İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclası İsmayıl Haniyənin şəhadətindəki bu aşkar cinayətlər və İran İslam Respublikasının milli təhlükəsizliyinin aşkar şəkildə pozulması ilə məşğul olmaq üçün zəruridir.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan da sionist rejim tərəfindən cənab Haniyənin qətli və İran İslam Respublikasının ərazi bütövlüyünə qarşı hərəkətini pisləyib və regiondakı vəziyyəti kritik və təhlükəli hesab edib.
O, daha sonra regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayaraq dedi: Səudiyyə Ərəbistanı İslam Əməkdaşlıq Təşkilatının İsmayıl Haniyənin şəhadətinin araşdırılması üçün iclasını dəstəkləyəcək və iki ölkə arasında məsləhətləşmələrin davam etdirilməsini istəyir.
Sizin rəyiniz