Səudiyyə Ərəbistanının “SPA” xəbər agentliyi bu barədə məlumat yayıb: Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz İranın yeni Prezidenti Məsud Pezeşkiyana iki ölkə arasındakı ikitərəfli əlaqələrlə bağlı mesaj göndərib.
Daxili işlər naziri, Nazirlər Şurasının üzvü və Kral Salmanın müşaviri şahzadə Mənsur bin Mutab bin Əbdüləziz bu məktubu Tehranda onu qarşılama mərasimində Prezident Pezeşkiyana çatdırıb.
Şahzadə Mənsur Kral Salmanın və Vəliəhd Məhəmməd bin Salmanın Prezidentə salamlarını, İran hökuməti və xalqı üçün tərəqqi və rifah arzularını ona çatdırıb.
Kral Salmanın Pezeşkiyana göndərdiyi məktubun bir hissəsində bildirilir: “Sizə səmimi təbriklərimizi, uğurlar və firavanlıq arzularımızı göndərməkdən məmnunuq.”
Səudiyyə Ərəbistanının Kralı iki ölkə və qardaş xalqlar arasında əlaqələrin davamlı inkişafına, regional və beynəlxalq təhlükəsizlik və sülhə kömək etmək üçün koordinasiya və məsləhətləşmələrin davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Sizin rəyiniz