İRNA-nın məlumatına görə, Seyid Həsən Nəsrullah çıxışının əvvəlində İsmayıl Haniyə və Fuad Şükürün şəhid olması ilə bağlı başsağlığı verərək dedi: “Sevimli qardaşımız İsmayıl Həniyyənin şəhadəti münasibətilə HƏMAS və Əl-Qəssam Briqadaları, Fələstin xalqı, Ərəb və İslam ümmətindəki qardaşlarımızı təbrik edir və başsağlığı verirəm.”
Seyid Həsən Nəsrullahın çıxışının ən mühüm məqamları bunlardır:
Düşmən Hizbullah komandiri Fuad Şükürü terror edərkən Harrə Hərikdə dinc sakinlərlə dolu binanı hədəf aldı. Düşmənin Dahiyənin cənubunda bir binanı bombalamaqda məqsədi böyük cihad komandiri Fuad Şükürü terror etmək idi. Bu terror hadisəsi bir iranlı müşavir də daxil olmaqla 7 nəfərin şəhid olmasına və onlarla insanın yaralanmasına səbəb oldu. İsrailin bu cinayəti Məcdəl Şəms hadisəsinə reaksiya yox, müharibənin bir hissəsi kimi həyata keçirilən ictimai rəyi yayındırmaq cəhdi idi.
Düşmən Fuad Şükürü Məcdəl Şəmsdə uşaq qətlində ittiham etdi və bu bəhanə və ittihamla ictimai rəyi yayındırmaq üçün ən böyük aldatma əməliyyatını həyata keçirdi. Məcdəl Şəms hadisəsində düşmən heç bir fakt təqdim etmədən Hizbullahı ittiham etdi. Halbuki, daxili araşdırmamız göstərir ki, bizim Məcdəl Şəms hadisəsi ilə heç bir əlaqəmiz olmayıb.
İsraillilər Məcdəl Şəms qurbanlarının daha çox uşaq və qadınlar olduğunu anlayanda Hizbullahı günahlandırmaq qərarına gəldilər. Sionist rejimin bir çox müdafiə raketlərinin Akka və digər əraziləri vurduğuna dair çoxlu sübutlarımız var.
Bəzi ölkələr bizdən sionist düşmənin Dahiyənin cənubuna hücumuna cavab verməməyimizi istədilər. Biz bütün cəbhələrdə tam miqyaslı mübarizə aparırıq və bu döyüş yeni mərhələyə qədəm qoymuşdur.
Biz Qəzzə və Fələstin məsələsinə verdiyimiz dəstəyin bədəlini ödəyirik, biz bu bədəli qəbul edirik və ödəyirik. Qəzzəyə verdiyimiz dəstəyin əvəzini ödəyirik və aralarında mülki vətəndaşlar da daxil olmaqla yüzlərlə insan şəhid olub.
HƏMAS-ın Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyəni Tehranda şəhid edib, İranın susacağını düşünürlərmi?
İndi Netanyahu terrora arxalanıb, bundan özü üçün nailiyyətlər düzəltmək, onları nümayiş etdirməyi düşünür.
Liderlərin öldürülməsinin müqavimətə heç bir təsiri yoxdur və təcrübə göstərir ki, müqavimət inkişaf etməkdə və güclənməkdə davam edir.
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin Həniyyənin terror edilməsindən sonrakı sözlərinin tonu İranın Dəməşqdəki konsulluğunun hədəfə alınmasından sonrakı sözlərinin tonundan daha kəskin idi.
Düşmən bütün qırmızı xətləri keçdi və geniş dağıntılara səbəb oldu. Qəzzədə müharibəni dayandırmaqdan başqa heç bir yol yoxdur.
Livanın cənub cəbhəsində sakitliyin səbəbi mənim mübarizlərdən istəyimə görə idi ki, şəhid Seyid Fuadın dəfn mərasimini keçirmək istəyirdik. Sabahdan dəstək cəbhəsi öz işini davam etdirəcək.
Müqavimət düşmənin cinayətinə və təcavüzünə cavab verəcək. Düşmən və onun havadarları qəti cavabımızı gözləsinlər. Bizimlə sizin aranızda gecələr və gündüzlər və döyüş meydanı var.
Seyid Nəsrullah: Düşmənin Məcdəl Şəms hadisəsini yaratmaqda məqsədi müqavimət başçılarını və komandirlərini terror etmək idi
1 avqust 2024 at 19:49
Xəbər kodu:
85555785
Tehran - İRNA - Livan Hizbullah Hərəkatının Baş katibi bu gün (cümə axşamı) axşam saatlarında HƏMAS-ın Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyənin, həmçinin Livan İslami Müqavimətin tanınmış komandiri Fuad Şükürün şəhadəti ilə bağlı çıxış etdi.
Sizin rəyiniz