1 avqust 2024 at 23:33
Jurnalist kodu: 5561
Xəbər kodu: 85555869
T T
0 Persons
Ənsarullah lideri: Şəhid Həniyyəyə qarşı terror cinayəti bəzi Ərəb ölkələrini rüsvay etdi

Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının lideri deyib: “İsmayıl Həniyyəni hədəfə almaq və onu terror etmək cinayəti Avropa ölkələrini və bu cinayəti qınamaq qədər mövqe tuta bilməyən bəzi Ərəb ölkələrini rüsvay etdi.”

Yəmən Ənsarullah Hərəkatının Baş katibi Seyid Əbdülməlik əl-Husi cümə axşamı, axşam saatlarında HƏMAS-ın Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyənin cənazəsinin Qətərə gəlişi ilə eyni vaxtda çıxış edib.

Seyid Əbdülməlik deyib: “Şəhid Fuad Şükür və şəhid İsmayıl Həniyyənin ailəsinə, Livan və Fələstin xalqlarına, müsəlman ümmətinə dərin hüznlə başsağlığı verirəm. Həmçinin Amerikanın son təcavüzü nəticəsində İraqın Həşdi-Şabi və müqavimət qüvvələri şəhidlərinin ailələrinə başsağlığı verirəm.”

Ənsarullah lideri çıxışının davamında deyib: “Liderlərin şəhid olması müqavimət üzvlərinin bu yolu davam etmək motivasiyasında həmişə böyük təsir göstərmişdir. Sionist düşmən öz cinayətlərini artırmaqla ilahi vədin qaçılmaz süqutuna yaxınlaşır.”

“Komandir Həniyyənin terror edilməsi bütün adət-ənənələrin və müqəddəsliklərin açıq şəkildə pozulmasıdır. Həniyyənin terror edilməsi avropalıları və mövqeləri qınaq səviyyəsinə belə çatmayan bəzi Ərəb ölkələrini rüsvay etdi” - deyə, Ənsarullah lideri qeyd edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .