Əli Baqiri İslam ölkələrinin xarici işlər nazirləri ilə telefon danışıqlarını davamında, İordaniya baş nazirinin müavini və xarici işlər naziri Əymən əs-Səfadi ilə sionist rejimin İsmayıl Həniyənin şəhadətə yetirilməsində törətdiyi terror aktının nəticələrini müzakirə edib və fikir mübadiləsi aparıb.
Baqiri qeyd edib ki, sionist rejim Tehranda HƏMAS-ın siyasi ofisinin rəhbərini terror təcavüzü ilə hədəfə alaraq mühüm qırmızı xətti pozub və bu səbəbdən İran İslam Respublikası, şübhəsiz ki, bu bədnam və cinayətkar rejimə qarşı heç bir tolerantlıq göstərmədən qanun və ədaləti həyata keçirəcək.
Sizin rəyiniz