2 avqust 2024 at 12:11
Jurnalist kodu: 5564
Xəbər kodu: 85556055
T T
0 Persons
Baqiri: İran cinayətkar sionistləri qəti şəkildə cəzalandırmaq üçün qanuni hüququndan istifadə edəcək

Tehran - İRNA - Xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri deyib: İran İslam Respublikası, şübhəsiz ki, cinayətkar sionistləri qəti və təsirli şəkildə cəzalandırmaq üçün qanuni və təbii hüququndan istifadə edəcək.

Əli Baqiri Əlcəzairin xarici işlər naziri Əhməd Ataf ilə telefon danışığında HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyənin şəhid edilməsində sionist rejimin terror aktının nəticələrini müzakirə edib və fikir mübadiləsi aparıb.

Sionist rejimin İsmayıl Həniyəni İran torpaqlarında terror etməklə İran İslam Respublikasının qırmızı xəttini keçdiyini vurğulayan Baqiri qeyd edib ki, İran İslam Respublikası cinayətkar sionistləri qəti və təsirli şəkildə cəzalandırmaq üçün qanuni və təbii hüququndan istifadə edəcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .