2 avqust 2024 at 21:29
Jurnalist kodu: 5561
Xəbər kodu: 85556386
T T
0 Persons
Şəhid İsmayıl Həniyyənin şəhadət gecəsindən yeni təfərrüatlar

HƏMAS-ın İrandakı nümayəndəsi Xalid əl-Qədumi İsmayıl Həniyyənin şəhadət gecəsinin yeni təfərrüatlarını açıqlayıb.

Əl-Qədumi “Əl Ərəbi Əl Cədid” qəzetinə verdiyi müsahibədə “New York Times” qəzetinin Həniyyənin bomba ilə şəhid edilməsinə aid xəbərini təkzib edərək deyib: “Səhər saat 1:37-də bina silkələndi. Dərhal otaqdan çıxdım və qalın tüstü gördüm. Bundan sonra bildim ki, Hacı Əbul-Əbd (Həniyyə) şəhid olub.”

O, açıqlamasının davamında deyib: “Binanın silkələnməsinin şiddətindən mən zəlzələ baş verdiyini və ya ildırım səsi olduğunu düşündüm. Pəncərəni açdım, amma yağış və ildırım yox idi. Hava isti idi. Şəhidin qaldığı dördüncü mərtəbəyə getdik. Gördüm ki, otağın divarı və tavanı uçub. Hücum yerinin vəziyyətindən və şəhid Həniyyənin cəsədindən bu hücumun hava mərmisi və ya raketlə həyata keçirildiyi məlum idi. Hər halda, daha çox təfərrüata varmaq istəmirəm. Çünki İrandakı qardaşlarımızın texniki və ixtisaslaşmış qrupları araşdırma aparır və nəticələr sonra açıqlanacaq.”

Əl-Qədumi Amerika və sionist rejim qəzetlərinin şəhid Həniyyənin yatağının altına bomba qoyulması ilə bağlı "təhrifedici hekayələri" tənqid edərək vurğulayıb: “Hadisə yerindəki faktlar New York Times və İsrail ordusu sözçünün hekayələri ilə ziddiyyət təşkil edir. Bu hekayələrin və açıqlamaların məqsədi İsrailin bu cinayətin nəticələri ilə üzləşməməsi üçün birbaşa məsuliyyətdən qaçmaqdır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .