HƏMAS-ın İrandakı nümayəndəsi Xalid Qədumi İRNA-nın xarici siyasət məsələləri üzrə müxbiri ilə müsahibəsində HƏMAS-ın Siyasi Ofisinin rəhbəri şəhid İsmayıl Həniyyənin Tehranda terror edilməsi ilə bağlı deyib: “Məncə, Hacı İsmayıl Həniyyə hərəkatın daxili birliyini və Fələstin qrupları arasında vəhdət yarada bilmiş bir şəxs idi. Düşmən onun İslam dünyasında, regionda və beynəlxalq səviyyədə cəlbedici və populyar diplomatik və siyasi xadim sayıldığını görürdü.”
HƏMAS-ın İrandakı nümayəndəsi bildirib: “Onlar gördülər ki, böyük şəxsiyyətlər Həniyyənin ofisinə gəlib-gedirlər, onunla görüşürlər; məsələn, Malayziyanın Baş naziri, Çinin Xarici İşlər nazirinin müavini, Türkiyə, Qətər və digər Ərəb, İslam, Asiya və Afrika ölkələrinin xarici işlər nazirləri şəhid Həniyyə ilə əlaqələr qururdular.”
İsmayıl Həniyyənin diri şəhid və siyasi müstəvidə nüfuzlu şəxsiyyət olduğunu bəyan edən Qədumu deyib: “Məncə, bu, Amerikanın dəstəyi ilə qorxaq bir sionist əməliyyatı idi. Gördüyünüz kimi, Netanyahu ABŞ Konqresində çıxış etdi və bu hərbi cinayətkarı həbs etmək əvəzinə, onu alqışladılar.”
Qədumi sonda deyib: “Düşmənimiz dərin böhran içində olduğunu etiraf edir. Onlar həm diplomatik, həm də siyasi səviyyədə təcrid olunurlar. Bu səbəbdən də soyqırıma üz tutublar. Mən İran İslam Respublikasına, son hadisələrdə (Qəzzə müharibəsi və İsmayıl Həniyyənin terror edilməsi) qəti siyasi mövqe tutan Ali Məqamlı Rəhbərə, hörmətli Prezident cənab Pezeşkiyana ki, dedi: “mən parlamentdə ehtiram məqsədilə cənab Həniyyənin əlini yuxarı qaldırdım, indi isə onun cənazəsini çiynimə qoyuram”, təşəkkür edirik. Biz bir-birimizin strateji ortaqları, parlaq və qürurlu gələcəyin tərəfdaşlarıyıq.”
İsmayıl Həniyyəyə qarşı terror Amerikanın yaşıl işığı ilə həyata keçirilib - İnqilabın Ali Rəhbərinə qəti mövqeyinə görə təşəkkür edirəm
3 avqust 2024 at 17:55
Xəbər kodu:
85557313
Tehran - İRNA - HƏMAS-ın İrandakı nümayəndəsi deyib: “Netanyahunun ABŞ-a son səfəri zamanı ABŞ Konqresinin nümayəndələrinin onu 52 dəfədən çox alqışladığını gördük. Beləliklə, demək olar ki, Həniyyəyə qarşı terror cəhdi amerikalıların yaşıl işığı ilə baş tutub.”
Sizin rəyiniz