İRNA-nın məlumatına görə, İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Livan Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullaha ünvanladığı məktubda general Fuad Şukurun şəhadəti ilə bağlı başsağlığı verərək yazıb: “Sionist rejim məğlubiyyətinin əvəzini çıxmaq və Qəzzədəki cinayətlərini ört-basdır etmək üçün müqavimət komandirlərini terror etməyə əl atıb ki, onların məzlum Fələstin xalqına dəstək vermələrinə mane olsunlar.”
Qalibafın Nəsrullaha məktubu: Sionist rejim öz təcavüzkarlıq və vəhşilik xislətini bir daha nümayiş etdirdi
3 avqust 2024 at 18:15
Xəbər kodu:
85557327
Tehran - İRNA - İslami Şura Məclisinin sədri bildirib: “Sionist rejimin ötən günlərdə Beyrut və Tehranda törətdiyi cinayətləri və Qəzzədə uşaqları qətlə yetirməsinin davam etməsi bu cinayətkarın təcavüzkarlıq və vəhşilik xislətini və qondarma təməlini bir daha dünyaya nümayiş etdirdi.”
Sizin rəyiniz