5 avqust 2024 at 19:24
Jurnalist kodu: 5561
Xəbər kodu: 85559525
T T
0 Persons
Baqiri: Bölgədə davam edən müharibənin səbəbi Fələstinin işğal edilməsidir

Tehran - İRNA - Xarici İşlər naziri vəzifəsinin icraçısı bildirib: “Qərbi Asiya regionunda sabit təhlükəsizliyin və sabitliyin bərpası işğala son qoyulmasını tələb edir. Həmçinin, Fələstinin işğal edilməsi bölgədə davam edən təhlükə və müharibənin kökü və səbəbidir.”

Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri sosial şəbəkədəki şəxsi səhifəsində yazıb: “Bu gün Tehranda yaşayan səfirlərin və xarici nümayəndəliklərin rəhbərlərinin toplantısında bildirdim ki, haqsızlığa laqeydlik hərəkətsizliyə və passivliyə gətirib çıxarır, hərəkətsizlik isə cinayətkarı daha da cürətləndirir və tezliklə biz cinayətin normallaşdığının və şərrin vulqarlaşdırılmasının şahidi olacağıq.”

“Keçən əsrdən qalan ən pis bəlalardan biri olan Fələstin torpağının qanlı işğalı və müstəmləkəçiliyə məruz qalması, bir xalqın davam edən məcburi köçkünlüyü və soyqırımı qarşısında susmamaq bizim hamımızın mənəvi borcumuz və məsuliyyətimizdir” - deyə, o qeyd edib.

Baqiri daha sonra yazıb: “İşğal altındakı Fələstində son 10 aydır davam edən biabırçı faciə təkcə aparteid işğalçı bir qurumun qəddarlığının və təkəbbürünün məhsulu deyil, əslində, özlərini istənilən halda ABŞ və bir sıra digər Qərb ölkələrinin şübhəsiz və qeyd-şərtsiz dəstəyinə malik hesab edən cinayətkarların “cəzasızlıq hisslərinin” nəticəsidir.”

Xarici İşlər naziri vəzifəsini icra edən bəyan edib: “İşğalçı İsrail rejiminin İsmayıl Həniyyənin qətlində törətdiyi cinayət Fələstin soyqırımı layihəsinin bir hissəsidir, başqa bir şey deyil. İran zərrəcə tərəddüd etmədən, işğal olunmuş Fələstin ərazisinə hakim kəsilən bu cinayətkar dəstəni bu cinayətə görə cavabdeh hesab edir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .