5 avqust 2024 at 23:23
Jurnalist kodu: 5561
Xəbər kodu: 85559653
T T
0 Persons
Pezeşkiyan: Rusiya ilə münasibətləri inkişaf etdirmək İranın xarici siyasətinin prioritetləri sırasındadır

Tehran - İRNA - Prezident Rusiya ilə strateji tərəfdaş kimi əlaqələrin inkişafını İran İslam Respublikasının xarici siyasətinin prioritetlərindən biri hesab edib və iki ölkə arasında əldə olunan razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Doktor Məsud Pezeşkiyan 5 avqust bazar ertəsi Rusiya Federasiyası Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə Rusiyanın İran xalqının ağır günlərində onun yanında olan ölkələrdən olduğunu bəyan edərək, bu strateji tərəfdaşla əlaqələrin inkişafını İran İslam Respublikasının xarici siyasət prioritetlərindən biri hesab edib və iki ölkə arasında əldə olunan razılaşmaların icrasının sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Prezident İran İslam Respublikası ilə Rusiya arasında regional və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq deyib: “Biz inanırıq ki, dünyada bəzi güclərin, o cümlədən ABŞ-ın təkqütblülük dövrü artıq başa çatıb, çoxqütblü dünyanın təşviqi istiqamətində İran və Rusiya arasında mövqelərin ortaqlığı və əməkdaşlıq mütləq qlobal təhlükəsizlik və sülhün daha da təşviqinə səbəb olacaq.”

Pezeşkiyan sonra sionist rejimin Qəzzədə törətdiyi dəhşətli cinayətlər və bu rejimin bölgədə müharibə alovlandırmaq istiqamətindəki hərəkətlərini qeyd edərək deyib: “Bu rejimin məzlum və müdafiəsiz Qəzzə xalqına qarşı cinayətkar əməlləri, eləcə də bizim ölkəmizdə ikən HƏMAS-ın Siyasi Ofisinin rəhbəri şəhid İsmayıl Həniyyəyə qarşı terror aktı bütün beynəlxalq qayda-qanunların pozulmasının bariz nümunəsidir.”

Rusiya Federasiyası Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu da bu görüşdə doktor Pezeşkiyanı İran xalqının Prezidenti seçilməsi münasibəti ilə bir daha təbrik edib, İran İslam Respublikasını Rusiyanın regionda əsas və strateji müttəfiqlərindən biri adlandırıb, iki ölkənin çoxqütblü dünya yaratmaq və həmçinin regionun təhlükəsizliyini təmin etmək istiqamətində birgə səylərindən məmnunluğunu ifadə edərək bildirib: “İki ölkə arasında bütün sahələrdə əlaqələr inkişaf edir və qarşılıqlı əlaqələrin inkişafı üçün çox yaxşı perspektivlər var.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .