Sionist rejim mənbələri Hizbullahın kamikadze təyyarələrinin işğal olunmuş Fələstinin şimalında yerləşən Qərbi Əl-Cəlil bölgəsi üzərində uçuşu və Livan İslami Müqavimətinin sionistlərin mövqelərinə qarşı yeni raket hücumu barədə xəbər veriblər.
Bəzi sionist mənbələr Hayfa, Nəhariyyə şəhərlərində və sionist mühacirlər məskunlaşmış Şlomi qəsəbəsində partlayış və siren səslərinin eşidildiyini bildiriblər.
Bu mənbələr əlavə ediblər ki, kamikadze pilotsuz təyyarələr Nəhariyyə şəhərində sionist rejimə aid bir avtomobili və hərbi bazasını vurub və bir neçə sionisti yaralayıb.
Bu dron hücumundan sonra sionist rejim ordusunun bazası üzərində yanğın və qatı tüstü müşahidə olunub.
Sionist rejim mənbələrinin məlumatına görə, Qərbi Əl-Cəlil bölgəsində ən azı beş sionist bu hücumlar nəticəsində ağır yaralanıb və onlardan birinin vəziyyəti ağırdır.
Sizin rəyiniz