6 avqust 2024 at 18:28
Jurnalist kodu: 5561
Xəbər kodu: 85560583
T T
0 Persons

İran sionist rejimə qəti cavab verəcək

6 avqust 2024 at 18:28
Xəbər kodu: 85560583
İran sionist rejimə qəti cavab verəcək

Tehran - İRNA - Xarici İşlər naziri vəzifəsini icra edən İran hökuməti və xalqının Fələstin ideyasına dəstək vermək üçün səylərini əsirgəməyəcəyini bildirərək deyib: “İran İslam Respublikası sionist rejimin cinayətkar əməlinə qəti və təsirli cavab verəcək.”

İran İslam Respublikasının Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Tehrandakı nümayəndəliyində olub və HƏMAS-ın Siyasi Ofisinin rəhbəri şəhid Şeyx İsmayıl Həniyyənin xatirəsini yad edib və bu hərəkatın Tehrandakı nümayəndəsi Xalid Qədumi ilə söhbət edib.

Xarici İşlər Nazirliyinin bir qrup yüksək vəzifəli müdirləri və ekspertlərinin iştirak etdiyi bu görüşdə Baqiri şəhid Həniyyənin səy və mübarizəsini yüksək qiymətləndirib, onun şəhadəti ilə bağlı cəsur və müqavimətçi Fələstin xalqına və Fələstin müqavimət qruplarına başsağlığı verib.

Əli Baqiri vurğulayıb: “Cənab Həniyyənin şəhadəti müqavimət üçün itki olsa da, Fələstində və bölgədə müqavimət cəbhəsini gücləndirdi, bütün İslam dünyası bu cinayətkar terroru pislədi və şəhid Həniyyənin bu şəhadəti və pak qanı Fələstin və İran xalqlarının bağ və həmrəyliyinin daha da möhkəmlənməsinə səbəb oldu.”

“Sionistlər Fələstin xalqını məhv etmək üçün on ay ərzində kiçik bir ərazidə ən müasir hərbi texnikadan istifadə etdilər amma bacarmadılar və yalnız dinc insanları şəhid etdilər, mülki yerləri vəhşicəsinə dağıtdılar. Allaha təvəkkül etməklə və Fələstin xalqının müqaviməti ilə müqavimət və onların hakimiyyəti üçün yeni bir dünya yaradılmışdır. Bunun müqabilində isə sionist rejimin rüsvayçılığı daha qabarıq görünür” - , deyə Əli Baqiri qeyd edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .