Livan Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullahın bu hərəkatın böyük cihad komandirinin şəhadətinin 7-ci günü münasibətilə etdiyi çıxışın ən mühüm məqamları belədir:
Düşmən ağıldan geri qaldığına görə təxribat xarakterli hərəkətdə Beyrutun cənub ətrafı üzərində səs səddini yarmağa cəhd edə bilər.
Bizim gücümüzün sirri müqavimətdədir. Ona görə də liderlərimizə zərbə vurmaq bizim iradəmizi və davam etmək əzmimizi heç vaxt zəiflətməyəcək.
Hazırkı döyüşün mərkəzi meydanı Fələstin və Qəzzə zolağıdır, buna dəstək cəbhələri də əlavə olunur.
Sionist rejimin baş naziri müharibəni dayandırmaq istəmir və razılaşma ilə bağlı bütün təkliflərində bu məqamı vurğulayır.
Netanyahu Qəzzə zolağında Fələstin müqavimətini diz çökdürmək və bu zolağa mütləq təhlükəsizlik nəzarətini ələ almaq istəyir. Sionist rejim hətta Qəzzə zolağında belə müstəqil Fələstin dövlətinin yaradılmasına razı olmayacaq.
İşğalçı rejim İordan çayının qərb sahilini bombalamaqla fələstinliləri İordaniyaya köçürməyə və bu ərazini Fələstin ərazisindən rəsmi olaraq işğal olunmuş ərazilərə birləşdirməyə çalışır.
Şübhəsiz ki, İsmayıl Həniyyənin şəhadəti Fələstin xalqı və müqavimət cəbhəsi üçün böyük itkidir. Amma bu, bizi zəiflətməyəcək və sarsıtmayacaq, müqavimət əməliyyatlarının artması da bunu sübut edir.
Bu terrorlar düşmənin vəziyyətini daha da çətinləşdirib. İordan çayının qərb sahilində anti-sionist əməliyyatlar genişlənməsi və işğal olunmuş ərazilərdən əks miqrasiyanın artması da bunu göstərir. Bundan başqa, düşmən bütün sahələrdə çoxsaylı iqtisadi ziyanlara uğrayıb.
1967 və 1973-cü illərdə bölgənin ən güclü orduları ilə vuruşan İsrail rejimi bu gün İran və Hizbullahın cavabından son dərəcə qorxub və özünü müdafiə etmək üçün Qərb ölkələrinə sığınıb.
İsrail radarları və Amerika peykləri İran və Hizbullahın cavabından qorxduğu üçün tam hazırlıq vəziyyətində olduğu bir vaxtda pilotsuz təyyarələrimiz bu gün Akkanın şərqinə çatıb.
Hizbullah, İran və Yəmən düşmənə cavab verməlidir. Düşmən də bu cavabı gözləyir ki, biz bu rejimə tək və ya müqavimət cəbhəsi ilə birlikdə cavab verəcəyik.
Biz işğalçı rejimə cavab verəcəyik və bu cavab güclü və təsirli olacaq.
Bu gün işğal olunmuş ərazilərdəki bütün sionistlər müqavimətin cavabından son dərəcə qorxu içindədilər və bu gözləmə vəziyyəti döyüşün bir hissəsidir.
Bu, böyük bir döyüşdür, qiymətli və əziz şəxslərin qanı tökülmüşdür. Bu qorxulu bir hücumdur ki, müqavimət hər hansı nəticədən asılı olmayaraq qisas almaqdan əl çəkməyəcək.
Cavabımız qətiyyətli, güclü, təsirli olacaq və yaxın günlərdə düşmənə meydanda cavab verəcəyik.
Biz Livanda ölkəmizin və həmvətənlərimizin vəziyyətindən narahatıq, amma heç kim bizdən 10 ay əvvəlki kimi düşmənə güzəştə getməyimizi gözləyə bilməz.
İşğal olunmuş ərazilərin şimalındakı sionist zavodlarını bir saat ərzində məhv edə bilərik. Bu ərazidə düşmənin imkan və obyektlərini məhv etmək üçün hətta cəmi yarım saat bəs edir.
Sizin rəyiniz