7 avqust 2024 at 14:22
Jurnalist kodu: 5564
Xəbər kodu: 85561349
T T
0 Persons
Baqiri Həniyyənin şəhadətindən sonra son diplomatik və intensiv danışıqlarından yazıb

Tehran - İRNA - Xarici İşlər naziri vəzifəsinin icraçısı Avstriya, Suriya, Misir, Malta, İsveçrə və İngiltərənin xarici işlər nazirləri ilə telefon danışıqlarında İran İslam Respublikasının təhlükəsizliyi, milli suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün İranın təbii və qanuni hüququndan istifadəni vurğulayıb.

Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri sosial şəbəkədəki şəxsi səhifəsində sionist rejimin İran və Livanda terror aktları törətməsi səbəbindən regionda yaranmış təhlükəli vəziyyətlə bağlı dünən gecə intensiv telefon danışıqlarına toxunaraq yazıb: “BMT Təhlükəsizlik Şurasının üzvləri olan isveçrəli və maltalı həmkarlarımla telefon danışığında, eləcə də ingiltərəli həmkarımın telefon zənginə cavab verərkən vurğuladım ki, Təhlükəsizlik Şurasının işğalçı rejimin cinayətləri qarşısında hərəkətsizliyi bu rejimin müharibə və qan tökülməsini davam etdirməsinə, bölgədə qeyri-sabitlik və təhlükəsizliyin yayılmasına səbəb olub.”

Baqiri əlavə edib: “Avstriyalı həmkarımla telefon danışığımda bildirdim ki, Avropanın işğalçı rejimin törətdiyi cinayətlərə, o cümlədən İran Prezidentinin andiçmə mərasiminin rəsmi qonağını terror etməsinə göz yummaq və bəzən onlara dəstək verməklə müşayiət olunan davranışı Avropanın iddialarına tamamilə ziddir və regionun sülh və təhlükəsizliyini pozur.”

“Suriya və Misirdən olan həmkarlarımın telefon zənginə cavab olaraq bildirdim ki, İslam ölkələrinin sionist rejimin təcavüzü və qətliam törətməsinə qarşı birgə fəaliyyətdə birliyi və koordinasiyası Təl-Əvivdə hökmranlıq edən terrorçu və cinayətkar dəstənin qarşısını almaq üçün mühüm amil olacaq”- deyə, o, qeyd edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .