Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii bu qüvvələrin Qırmızı dənizin şimalında 3 hərbi əməliyyat keçirdiyini açıqlayıb.
Y. Sərii bildirib: “Bu əməliyyatda işğal olunmuş Fələstinin limanlarına getməklə bağlı qaydaları pozaraq Qırmızı dənizdə hərəkət edən “CONSTSHIP ON” gəmisi bir neçə ballistik raket və pilotsuz təyyarə ilə dəqiq hədəfə alındı.”
“Həmçinin, Amerikanın “Cole” esminesi Ədən körfəzində bir neçə pilotsuz təyyarə ilə hədəfə alındı və əməliyyat uğurla həyata keçirildi” - deyə, mətbuat katibi əlavə edib.
Onun sözlərinə görə, Amerikanın “Labun” esminesi də bir neçə ballistik raketlə hədəfə alınıb.
Sizin rəyiniz