İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani X sosial şəbəkəsindəki istifadəçi hesabında yazıb: Sionist rejimin maliyyə naziri bu rejimin əsirlərinin azad edilməsi müqabilində iki milyon fələstinlinin yaradılmış aclıq üzündən öldürülməsini haqlı və əxlaqi əməl adlandırıb.
Ölkəmizin diplomatiyasının sözçüsü əlavə edib: Sionist cinayətkar dəstənin bu üzvünün açıqlamaları yalnız bir növ açıq elan və etirafdır. Yoxsa, son 10 ayda dünya Qəzzada qadın, uşaq və günahsız dinc əhalinin soyqırımı və kütləvi şəkildə qətlə yetirilməsi, eləcə də yaradılmış aclıq və qıtlıq kimi sionist rejimin əməli fəaliyyətinin şahidi olub.
Sizin rəyiniz